Azərbaycan millisinin baş məşqçisi Berti Foqts “Bavariya” ilə “Borussiya” arasında sabah keçiriləcək Çempionlar Liqasının final oyunu haqda fikirlərini bildirib.
Şotlandiya mətbuatına müsahibəsində o, favorit kimi Münhen təmsilçisini göstərsə də, Dortmund komandasından ehtiyat etməyin gərəkliyini bildirib.
“Borussiya” əvvəl ÇL-i qazanmağa iddialı deyildi. Amma buna baxmayaraq, əla oynayaraq finala kimi gəldilər. Hazırda “Borussiya”nın heyətində Mario Qötze zədəlidir. Amma unutmayaq ki, “Borussiya” ilə “Bavariya” ötən il Almaniya klubunun finalında da qarşılaşıblar və dortmundlular 5:2 hesabı ilə qalib gəliblər” – deyə o vurğulayıb.
B.Foqts hazırda “Bavariya”nın dünyanın ən güclü klubu olduğunu söyləyib: “Çox sevindircidir ki, Almaniyanın iki böyük klubu ÇL-in finalıda qarşılaşacaqlar. Ona görə də kimin qalib gəlməsinin mənim üçün fərqi yoxdur”. //qol.az