"İnter"lə oyuna hazırlaşan "Araz Naxçıvan" meydana tam heyətlə çıxa bilməyəcək. Klubun mətbuat xidmətindən Fanat.az-a verilən məlumata görə, heyətdə iki itki var.
Belə ki, Hüseyn Axundovla Tərlan Xəlilov matçı buraxacaq. Avqustun əvvəlindən zədəli olan Axundov hələ bir ay da istirahət etməli olacaq. Tərlan Xəlilov isə onu nisbətən meydana daha tez dönəcək. Belə ki, 30 yaşlı yarımmüdafiəçi 2 həftədən sonra oynaya biləcək.
Fanat.az