"Araz Naxçıvan"ın qapısıçı Kamal Bayramov milli komandanın son oyunları ilə bağlı fikirlərini açıqlayıb. Fanat.az xəbər verir ki, qolkiper "Facebook" səhifəsində bu sözləri yazıb:
Milli komandanın oyununa baxdım. Məğlubiyyət olar, bir sözüm yoxdu. Amma mənə maraqlı olan Araz, Rahid, Cavidin nə üçün ehtiyatda olması idi. Ufuk Budak üçün maraqlı deyil bizim milli. İndiyə kimi Fabio Luis Ramim, Usim Nduka kimi legionerlərimiz var idi, indi hanı onlar? Reynaldo kimi gənc və səviyyəli legionerləri milliləşdirmək lazımdı. Bu milli komandadı, burada məsuliyyət lazımdı. Dmitri Nazarov indi uzaqdan qol vurdu deyə onu alaq çiynimizdə daşıyaq? Milliləşdirməyə qalanda öz ölkələrində əsas liqaya həsrət qalan oyunçuları milliləşdirmək lazım deyil. Səviyyəli oyunçular milliləşdirmək lazımdı".
Fanat.az