
İyunun 7-dən 13-nə qədər Bakıda təşkil ediləcək çövkən üzrə dünya çempionatınının təqvimi açıqlanıb.
Fanat.Az xəbər verir ki, qrup mərhələsinin oyunları iyunun 7-11-də baş tutacaq.
Yarımfinal qarşılaşmalarına iyunun 12-də start veriləcək. Final və 3-cü yer uğrunda görüşlər isə iyunun 13-də keçiriləcək.
Turnirə qatılacaq 10 komanda iki qrupa bölünüb. A qrupunda Nigeriya, Uruqvay, Türkiyə, Niger və Polşa yer alıblar. B qrupunda isə Azərbaycan Özbəkistan, Qazaxıstan, Çili və Küveyt yığmaları mübarizə aparacaqlar.
Qeyd edək ki, çövkən üzrə dünya çempionatının bütün oyunları Binə Atçılıq Mərkəzində keçiriləcək.