"Xəzər Lənkəran" azarkeşlərinə daha bir jest etmək qərarına gəlib. Fanat.az-ın əldə etdiyi məlumata görə, Lənkəran klubu daha bir ev oyununda stadiona girişi pulsuz edəcək.
Klub prezidenti Mais Mənsimovun qərarına əsasən "Xəzər Lənkəran" - "Araz Naxçıvan" oyununda bilet satışı olmayacaq. V tur çərçivəsində keçiriləcək bu matç sentyabrın 20-də Lənkəran şəhər stadionunda baş tutacaq.
Qeyd edək ki, "Xəzər Lənkəran" IV turun "İnter"lə oyununa da azarkeşləri tribunalara pulsuz buraxmışdı. Həmin matçda komanda 1:0 hesablı qələbə qazanmışdı.
Fanat.az