Topaz Premyer Liqasının növbəti turunda "Bakı" ilə qarşılaşacaq "Sumqayıt" növbəti futbolçunu heyətinə qatıb. Fanat.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Fərid Quliyev gənclik şəhəri təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. 28 yaşlı futbolçu "Sumqayıt"da 86 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, ötən mövsümün ikinci dövrəsində "Araz Naxçıvan"la müqavilə bağlayan Fərid bu yay Muxtar Respublika klubundan arılaraq I divizion klubu "Zirə"yə keçmiş və ilk turda kapitan kimi meydana çıxmışdı. O, əvvəllər "Dinamo" (Bakı), "Qarabağ", "Bakı", "Muğan", "Standard", "Neftçi", "Simurq", "Sumqayıt", "Turan", "Kəpəz" və "Kahramanmaraşspor"da forma geyinib.
Fanat.az