12:00 26.05.2017 687

“Qəbələ”nin 11 komandası 10 medal qazanıb

“Qəbələ” 2016-2017-ci illər mövsümünün ən yaxşı nəticəsinə imza atıb. Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” 11 komanda ilə təmsil olunduğu liqalarda hamıdan çox mükafat toplayıb.

 

Düzdü, onlar ötən mövsüm çıxış etdiyi bütün liqalarda mükafatçılar sırasına düşməklə müəyyənləşdirdiyi Azərbaycan rekordunu təkrarlamasa da, bu mövsüm rəqibləri ilə müqayisədə daha çox çempionluq və medala yiyələnib. 

 

Topaz Premyer Liqasında 2-ci olan əsas komanda tarixində ilk dəfə gümüş mükafata yiyələnib. Vitse-çempion həm də ardıcıl dördüncü dəfə mükafatçılar arasında yer alıb. Ardıcıl 2-ci, tarixdə 3-cü dəfə eyni mövsümdə həm əsas, həm də əvəzedicilər yarışı mükafatla başa vurub. Ötən mövsümdə ilk qızılını qazanan əvəzedicilər 2011-2012, 2013-2014-cü illərdə olduğu kimi yenə gümüş qazanıb. Aktivində 2009-2010, 2010-2011 mövsümlərinin bürüncü də olan komanda tarixində 6-cı dəfə “üçlük”də yer alıb. 

 

Çempionatı gümüş mükafatla başa vuran Roman Qriqorçuk və Hüseynqulu Quliyevin yetirmələrinin bu uğurlarına futbol akademiyasının komandaları da qoşulub. AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qrupları arasında keçirilən 9 liqada çıxış edən yeniyetmə oğlanlardan ibarət komandaların 8-i mövsümü mükafatla bitirib. Onlardan beşi – U-16, U-15, U-13, U-12 və U-11 2016-2017-ci illər mövsümünün qalibi olub. Bununla da Azərbaycan rekordu təkrarlanıb. Belə ki, indiyədək yalnız bir dəfə eyni klub eyni mövsümdə aşağı yaş qrupları üzrə 5 liqada çempionluq yaşamışdı. Bunu 2012-2013-cü illər mövsümündə “Qəbələ” gerçəkləşdirmişdi.

 

Akademiyanın yeniyetmə futbolçuları 4 ildən sonra özünün müəyyənləşdirdiyi ölkə rekordunu təkrarlamağa müvəffəq olub. Ötən mövsüm çempion olaraq UEFA Gənclər Liqasına vəsiqə qazanan U-19 isə bu dəfə gümüşlə kifayətlənib. Bu, akademiyanın komandalarının yeganə, ümumilikdə isə əsas və əvəzedicilərdən sonra “Qəbələ”nin 3-cü ikinciliyi kimi tarixə düşüb. 5 çempionluq və 3 ikinciliyi olan klubun iki komandası bürünc mükafata yiyələnib. U-14 və U-10 yalnız yarımfinalda uduzaraq, III yer uğrundakı görüşdə qalib gələrək, medalçılar sırasına düşüb. Başa çatan mövsümdə yalnız U-17 mükafatçılar sırasına düşə bilməyib. Sonuncu tura qədər nəinki bürünc, hətta gümüş medal şansını qoruyan komanda yekunda “üçlük”dən 1 xal geridə qalıb. 

 

Ümumilikdə akademiyanın yetirmələrinə gəlincə, ilk dəfə mükafatçılar sırasına 2009-2010-cu illər mövsümündə düşən “Qəbələ” son 8 mövsümdə artıq 46 dəfə ilk “üçlük”də yer alıb. Komandalarımız bu müddətdə 22 çempionluq yaşayıb, 16 dəfə 2-ci olub və 8 dəfə bürünc medala yiyələnib. Bu müddətdə cəmi 9 dəfə komandalarımız mükafat qazana bilməyib.


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

Facebookdan bizi izləməyi unutmayın.
X