14:28 12.07.2013 783

“Makkabi” zəif deyil, “Neftçi”yə 3 qol vurub"

“Xəzər Lənkəran” klubunun yeni transferi Rasim Ramaldanov Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Malta “Slima”sı ilə oyundan (1:0) sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- Çətin qələbə qazandınız. Görüş niyə belə gərgin alındı? 
- Öz meydanımızda oynadığımızdan, mərhələni qələbə ilə keçmək istəyirdik. Buna nail olduq. Çətin olacağını bilirdik. Komanda yoldaşlarıma da təşəkkür edirəm ki, sonadək mübarizə apardılar. 

- Püşk atılan zaman hər kəs komandanızın “Slima”nı asanlıqla keçəcəyini düşünürdü. Amma gözlənilənlərin əksi oldu... 
- Əsas qələbə qazanmaq idi. Oyuna baxdıqda, qol epizodlarımızın çox olduğunu görə bilərsiniz. Sadəcə, onların hamısından istifadə edə bilmədik. Bu cür oyunlarda vacib olan qələbə qazanmaq və mərhələ adlamaq idi. Bunun da öhdəsindən gəldik.

- Sanki səfərdəki qarşılaşma yenidən təkrarlandı. Birinci hissədə üstün oynasanız da, fasilədən sonra üstünlüyü rəqibə verdiniz... 
- Hesab açılandan sonra rəqibin itirəcəyi heç nə qalmamışdı. Ona görə də açıq futbol oynamağa başladılar. Yəni, bütün komanda hücum edirdi. Biz isə əks-hücumlara üstünlük verirdik. 

- Növbəti rəqib daha güclü komandadır. İsrail “Makkabi”si ilə matçdan nə gözləyirsiniz? 
- Vacib olan birinci mərhələni keçmək idi. Çünki bütün fikrimizi bu oyuna yönəltmişdik. Mərhələni adlamayana qədər digər rəqib haqda düşünmürdük. Bu gün bunun öhdəsindən gəldik. Çalışacağıq ki, onlarla da başabaş mübarizə aparaq.

- Yəqin ki, azarkeşlərin də oyundan razı qalmadıqlarını hiss etdiniz. Hər halda, fanatların stadionu erkən tərk etmələrinin başqa səbəbi yox idi... 
- Bu haqda nəsə deyə bilmərəm. İmkan daxilində yaxşı oynamağa çalışdıq. 

- “Makkabi” haqda hansısa informasiyaya sahibsiniz? 
- Çox güclü rəqib olduğunu bilirik. Ümumiyyətlə, İsrail klubları avrokuboklarda özlərini yaxşı tərəfdən göstərirlər. “Makkabi” zəif deyil, “Neftçi”yə 3 qol vurub. Layiqli oyun nümayiş etdirməyə çalışacağıq.

- Zəif oynamağınızda “Makkabi” rəsmilərinin matçı izləməsinin də rolu ola bilərmi? 
- Ən zəif oyunumuzun olduğunu deməzdim. Sadəcə, heyətdə yeni oyunçular var. Mən də daxil olmaqla, komandaya 4 yeni futbolçu qoşulub. Uyğunlaşmaq üçün müəyyən vaxt lazımdır. 

İdman24.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X