Mayın 28-də Azərbaycan kubokunun final oyunu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi” ilə qarşılaşacaq “Xəzər Lənkəran”da problemlər səngimək bilmir.
Adrian Pitin həlledici görüşü buraxacağı dəqiqləşəndən sonra Orxan Sadıqlının da vəziyyəti yaxşı deyil. Sadıqlının qarşılaşmayadək tam hazır olub-olmayacağı bilinmir.