Roman Pavlyuçenko “Ararat”a transfer olunub. Fanat.Az xəbər verir ki, Rusiya millisində keçirdiyi 50 oyuna 21 qol vuran, 2008-ci ildə yığmanın heyətində Avropa çempionatının bürünc medalını qazanan hücumçu ermənilərin Moskvada yaratdığı klubla rəsmi müqavilə bağlayıb.
1973-cü ildə SSRİ çempionu olan Yerevan “Ararat”ının şərəfinə yaradılan klub bu ilin martında Rusiya Futbol İttifaqında qeydiyyatdan keçib. Heyətdəki futbolçuların 90 faizi milliyətcə ermənidi. 3-cü divizion klublarının Moskva zonası üzrə çempionatında iştirak edən “Ararat”ı erməni lobbisi maliyyələşdirir.
Paytaxt təmsilçisinin prezidenti Valeri Oqanesyan Pavlyuçenkonun transferiylə bağlı “Sport FM”ə danışıb: “O, müqavilənin maddi tərəflərini nəzərə almadı. Layihənin böyüklüyünə görə sözləşməyə imza atdı. Poqrebnyakı da gətirəcəyik? Yox... Pavlyuçenko bəs edir. Ulduzlar toplusu formalaşdırmaq istəmirik. Bizə döyüşkən, rəqabətədavamlı komanda lazımdı. Moskvada erməni çoxdu. Amma bu komandaya yalnız ermənilər azarkeşlik etməməlidi”.
Qeyd edək ki, “Tottenhem”də 4 il top qovmuş Pavlyuçenko son mövsümü Rusiyanın Premyer Liqa klublarından olan “Ural”da keçirib. O, Yekaterinburq təmsilçisində 4 qol və məhsuldar ötürməylə yadda qalıb.
Fanat.Az