"İdman Azərbaycan" telekanalında efirə gedən "İdman və Media" verlişinin növbəti buraxılışı efirə gedib.
Fanat.Az xəbər verir ki, proqramın aparıcısı Rəşad Rafiqoğlunun bu dəfəki qonağı sport7.az-ın redaktoru Amal Abuşov olub.
Maraqlı müzakirələrin aparıldığı verliş ərzində millimizin Şimali İrlandiya ilə oyun öncəsi yoxlama oyunu keçirməməsi və "Neftçi"nin anlaşılmaz siyasəti də tənqid olunub. Həmin müzakirələrdən bəzi epizodları sizə təqdim edirik.
Fanat.Az