UEFA üzvlərinin sayı artıb.
Qol.Az-ın istinadən yaydığı xəbərə görə, qurumun 54-cü üzvü Qibraltar olub. Beləliklə, Qibraltar “Avro-2016”nın seçmə mərhələsinin oyunlarında iştirak edəcək.
Qeyd edək ki, qayalıqların ətəyində və Piriney yarımadasında yerləşən Qibraltar Böyük Britaniya ilə İspaniya arasında mübahisəli ərazidir.
Ötən ilin dekabrında FİFA prezidenti Yozef Blatter İspaniyanın idman naziri Nigel Kardenalyu ilə görüşdə Qibraltarın FİFA üzvlüyünə qəbul edilməyəcəyini bildirmişdi. Buna səbəb kimi o, Qibraltarın BMT tərəfindən müstəqil dövlət kimi tanınmamasını göstərmişdi.
Məsələyə İspaniya dövlətinin sərt reaksiya verəcəyi şübhə doğurmur. Bundan sonra İspaniya ilə UEFA arasında qalmalın yaşanacağı gözlənilir.
İdman24.az