"İnter" ciddi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, Kaxaber Tsxadadze AZAL-la VII turun oyununda Derlis Meza Kollinin xidmətindən yararlana bilməyəcək.
Buna səbəb paraqvaylı futbolçunun cəzalı duruma düşməsi olub. Belə ki, "Bakı" ilə oyunun 27-ci dəqiqəsində rəqibi tutduğuna görə sarı vərəqə alan Derlis limiti doldurub. Bu səbəbdən o, AZAL matçını buraxmalı olacaq.
Qeyd edək ki, Meza Kolli bundan əvvəl "Qarabağ", "Sumqayıt" və "Xəzər Lənkəran"la oyunlarda da sarı vərəqə almışdı.
Fanat.az