"Qəbələ" ciddi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Dorinel Muntyanu həmyerlisi Adrian Ropotanın xidmətindən məhrum olub.
Belə ki, rumın yarımmüdafiəçi cəzalı duruma düşüb. "Neftçi" ilə oyunun 13-cü dəqiqəsində sistematik qayda pozuntusuna görə sarı vərəqə alan Ropotan limiti doldurub. Bu səbəbdən o, "Xəzər Lənkəran"la oyunu buraxmalı olacaq.
Qeyd edək ki, Adrian "Araz Naxçıvan", AZAL və "Simurq"la oyunda da sarı vərəqə almışdı.
Fanat.az