Sabah Kardiffdə "Yuventus"la Çempionlar Liqasının final matçına çıxacaq "Real" futbolçularına rekord mükafat vəd edib.
Fanat.Az xəbər verir ki, qalib olacağı halda ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazanacaq Madrid klubu ümumilikdə 80 milyon avro mükafat paylacaq.
"Real" rəhbərliyi ötən mövsüm Çempionlar Liqasını qazanan komandaya 32 milyon avro paylamışdı. Bu isə hərəyə 700 min avro demək idi.
Bu dəfə isə 80 milyon avro mükafat ayrılıb. Beləliklə, komandanın hər üzvünə 1,5 milyon avro veriləcək.
Fanat.Az