"Xəzər Lənkəran"ın futbolçusu Alfred Sanko yenidən zədələnib. Fanat.az xəbər verir ki, "Neftçi" ilə oyunu buraxan sierra-leoneli futbolçu "Araz Naxçıvan"la oyunda yenidən zədə alıb.
Start heyətində yer alan Sanko 27-ci dəqiqədə yerini Tural Cəlilova verməli olub. Futbolçu Bakıda müayinə olunacaq və "Qəbələ" ilə matçı buraxacaq.
Qeyd edək ki, "Xəzər Lənkəran"da hazırda qapıçı Orxan Sadıqlı da zədəlidi.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol