AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri əvəzedici heyətlər arasında ölkə çempionatının VI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Qarabağ"la oyunun 42-ci dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılan “Simurq”un futbolçusu Sərxan Abaslı 1 oyun cəzalandırılıb, klub 100 manat cərimə olunub.
"Simurq" həmçinin 4 futbolçusu sarı vərəqə aldığından 500 manat cərimələnib. "Sumqayıt" da eyni səbəbdən 500 manat ödəyəcək.
Fanat.az