"Xəzər Lənkəran"ın futbolçusu Alfred Sankonun meydana dönəcəyi tarix müəyyənləşib. Fanat.az xəbər verir ki, sierra-leoneli futbolçu VII turun "Qəbələ" ilə oyununda meydana çıxa bilməyəcək.
"Araz Naxçıvan"la matçın ilk yarısında zədələnən Sanko VIII turun "Bakı" ilə oyununda iş başında olacaq. Bu qarşılaşma millinin oyunlarına görə çempionatlarda yaranan fasilədən sonra - oktyabrın 19-da keçiriləcək.
Fanat.az