Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində növbəti sınaq matçına çıxır. Azerisport.az xəbər verir ki, rusiyalı baş məşqçi Yuri Syomin yetirmələrini yerli “Antalyaspor” klubu ilə görüşdə sınayacaq.
Qeyd edək ki, “Qəbələ” bundan öncə Türkiyədə daha üç oyun keçirib. Ukraynanın “Metallurg” (Zaporojye) klubu ilə heç-heçə (1:1) edən bölgə təmsilçisi “Trabzonspor”a 0:2 uduzduğu halda, Türkiyənin “Spartaspor” klubunu 7:0 hesabıyla darmadağın etmişdi.
Yoxlama oyunu
13 iyul
"Qəbələ" - "Antalyaspor"
İdman24.az