Xəbər verdiyimiz kimi qadın voleybolçulardan ibarət voleybol yığmamız bu gün dünya çempionatında ilk oyununa çıxıb. Fanat.az xəbər verir ki, bir qədər əvvəl başa çatmış qarşılaşmada millimiz Yaponiyanı məğlub edib. Oyundan əvvəl "gündoğar ölkə"nin qələbə qazanacağı proqnozlaşdırılsa da, təmsilçilərimiz bütün təxminləri alt-üst edib və azarkeşləri sevindirib. Görüşdən sonra təşkil olunmuş mətbuat konfransında kapitanlar və məşqçilər oyun haqqında danışıblar.
Aleksandr Çervyakov (Azərbaycan, baş məşqçi): "Birinci setdə komanda özünü itirmişdi. Lakin sonradan oyunçular özlərinə gəldilər. Hesab edirəm ki, biz qrupun favoritini məğlub etdik".
Oksana Parxomenko (Azərbaycan, kapitan): "İlk növbədə, məşqçilərə və qızlara sonadək mübarizə apardıqlarına görə təşəkkürümü bildirirəm. Çox yaxşı oyun oldu. Bilirdik ki, asan olmayacaq. İşimizin nəticəsi özünü bu gün göstərir".
Masayosi Manabe (Yaponiya, baş məşqçi): "Azərbaycan komandasını təbrik edirəm. Onlar bu gün daha konsentrasiyalı idilər. Bizdən daha yaxşı oynadılar. Bizsə özümüzü sabah göstərməyə çalışacayıq".
Saori Kimura (Yaponiya, kapitan):"İlk oyunu uda bilməməyimiz pis oldu. Sabah daha yaxşı oynamağa çalışacayıq. Azərbaycan millisindən belə oyun gözləmirdik".
Fanat.az