Premyer Liqanın VII turunda “Qəbələ” klubunun qonağı olacaq “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, komanda bu gün iki məşqə çıxıb.
Lənkəranlılar səhər saat 11.00-da köhnə “Neftçi baza”da, 16.00-da isə Bədən Tərbiyyəsi və İdman Akademiyasının stadionunda məşq edib. Əsasən toplu çalışmalardan ibarət olan sonuncu hazırlıq prossesini prezident Mais Mənsimovla yanaşı, vitse-prezident Tuyqun Nadirov və klubun idman direktoru Yunis Hüseynov da izləyiblər.
12cioyuncu.info