- Salam, Fuad Ənvəroviç.
- Salam! Futboldan danışmayacağam! Başqa nə haqda istəyirsənsə danışaq.
- Hansı futboldan, ay Fuad müəllim, yerli, yoxsa beynəlxalq?
- Nə istəyirsən? Reynaldonu milliləşdirməyə münasibətimi öyrənmək istəyəcəksən də. Danışan deyiləm, vəssəlam... Deyirlər FİFA-nın qaydaları var və buna uyğun olaraq ona Azərbaycan pasportu verə bimərik. Düz deyirlər. FİFA-nın mövcud qaydalarına uyğun olaraq, hər hansı bir əcnəbi futbolçuya Azərbaycan vətəndaşlığı verilməsi üçün o, ilk növbədə "Sumqayıt"la müqavilə imzalamalıdı. Braziliyalı isə oturub "Qarabağ"da. Siz heç nəyi bilmirsiniz. Elə qoyum boş-boş danışasınız. Onu milliləşdirmək üçün "Sumqayıt"la müqavilə imzalaması da kifayət etmir. Axı o kimdi ki, birbaşa əsas milliyə cəlb olunsun? İlk öncə onu Bernhard Lippert U-21-də yoxlamalı, konkret diaqnoz qoymalıdı. Sizin üçün bütün bunlar asan məsələ görsənə bilər, həqiqətdə isə FİFA olduqca ciddi qurumdu. Hər bir sahəyə olduqca həssas yanaşır.
- Əlbəttə, zərrə qədər şübhəmiz yoxdu. Məsələn, DÇ-2018-in Rusiyaya verilməsi məsələsində...
- Nə var ki burda? Ruslar deyir "Kto platit, tot i zakazıvaet muzıku" - musiqini pul ödəyən sifariş verir.
- Yox, sadəcə, sözlərinizə qüvvət olaraq xatırlatdım. Əlbəttə, FİFA və UEFA olduqca ciddi qurumlardı...
- İndi də Azərbaycanın Avro-2020 məsələsinə dair atmaca atırsan? Danışmayacağam!.. Bilirsən, biz müstəqillik əldə etdikdən sonra ən böyük uğurumuz Avropa standartları ilə ayaqlamağa bacarmağımız olub. "Avroviziya" müsabiqəsi xırda bir yarış deyil. Qısa müddət kəsiyində qalib adını qazandıq. Ümumiyyətlə, harada SMS, səsvermə varsa, orada avropasayağı hərəkət etməyi bacarn ölkələr daha şanslı olurlar. Şəxsən xeyli əvvəldən bilirdim ki, Azərbaycan Mişel Platininin rəhbərlik etdiyi qurumda səsvermə zamanı hamını heyran qoyacaq.
- Fuad müəllim, millimizin Avropa çempionatının seçmə mərhələsində 3-cü yer uğrunda mübarizə aparacağı barədə fikirlərə münasibətinizi öyrənmək olar?
- Siz - jurnalistlər olduqca dardüşüncəsiniz. AFFA rəhbərliyi, millinin baş məşqçisi Berti Foqts təvazökar insanlardı. İtaliya yığmasının baş məşqçisinin son müsahibəsini oxudunuz? Kişinin oğlu deyir ki, 1-ci pilləyə rəhbərlik etdiyi komanda ilə Xorvatiya əsas namizəddir. Üçüncü yer uğrunda Bolqarıstan və Norveçin mübarizə aparacağını söyləyib. Azərbaycan və Maltanı da sıyahıdan silməyin doğru olmadığını bildirib. Görün bizimkilər necə təvazökardılar ki, deyirlər 3-cü yer uğrunda mübarizə aparacağıq. Onlar əsas rəqibimiz olan Malta ilə mübarizədə ən pis halda 2-ci yeri tuta biləcəyimiz halda, bundan da aşağı yerdən danışır. Yəni qrupumuzu şərti olaraq səbətlərə bölsək, birincidə İtaliya və Xorvatiya, ikincidə Bolqarıstan və Norveç, üçüncüdə isə Azərbaycan və Malta yer alar. Ancaq mən bu mövzu barədə heç bir açıqlama verməyəcəyəm!
- Fuad müəllim, futbolumuzun gələcəyini necə görürsünüz?
- Harasını?..
Fanat.az