Yeni mövsümün hazırlıqlarını davam etdirən "İnter"in əvəzedici heyəti növbəti yoxlama görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, "Şəfa" stadionunun dördüncü meydançasında "Qəbələ" klubunun əvəzediciləriylə üz-üzə gələn “bankirlər” görüşü 2:2 hesablı bərabərliklə başa vurub.
Paytaxt klubunun heyətində hər iki qola hücumçu Nurxan Mənsimzadə imza atıb.
Qeyd edək ki, "İnter"in əvəzedici komandası daha əvvəl "Sahdağ" klubuyla iki yoxlama oyun keçirib və həmin matçlar da 2:2 hesabıyla başa çatıb.
İdman24.az