Azərbaycan çempionu “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Albaniya “Skenderbeu”su ilə oyunlar öncəsi azarkeşlərə müraciət edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
“Fəal olun, ölkə çempionunu dəstəkləyin, oyuna bilet alın. Oyun günü ajiotaj böyük olur. Ona görə də yaxşı olardı ki, biletləri oyun gününə qədər alasız”.
Qeyd edək ki, “Neftçi” – “Skenderbeu” matçı iyulun 17-də Bakıda, “Bakcell Arena”da keçiriləcək və saat 21:00-da start götürəcək.
İdman24.az