"İnter" Premyer Liqanın VII turunda AZAL-ın qonağı olacaq. Fanat.az xəbər verir ki, baş məşqçi Kaxaber Tsxadadze start heyətini açıqlayıb.
Gürcü mütəxəssis 7:0 hesabı ilə qalib gəldikləri "Bakı" matçı ilə müqayisədə heyətdə 3 dəyişiklik edib. Sarı vərəqə limitini dolduran Derlis Meza Kolli ilə yanaşı, Matiya Şpiçiç də start heyətindəki yerini itirib. Əvəzində Slavko Georgievski və Məhəmməd Mirzəbəyov ilk dəqiqələrdən meydanda olacaq. Matiya ehtiyatda qalıb.
Tərlan Əhmədov isə heyətdə dəyişiklik etməyib. Baş məşqçi qələbə qazandıqları "Sumqayıt" matçındakı "11-liy"i olduğu kimi meydana buraxıb.
Fanat.az