"Neftçi" "Qarabağ"la oyunda hakimlikdən narazı qalıb. Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə Fanat.az-a açıqlamasında etirazını bildirib:
"Şakimliyin səviyyəsini hamı gördü. Azərbaycanı Avropada layiqincə təmsil edən iki komandanın oyununu Orxan Məmmədov kimi hakim idarə etməməlidi. Bu gün aparıcı hakimlərin cəzalı olduğunu deyirlər. Eyni vaxtda bir neçə hakim cəzalanırsa, deməli bunun günahı Hakimlər Komitəsindədi. Penalti epizodunda hakim yalnış qərar verdi. İkinci qolda da onun səhvi var idi. Bundan başqa Orxan Məmmədov bir neçə epizodda komandamıza qarşı kopud səhvlər etdi. Bu sözlərlə "Qarabağ"ın qələbəsinə kölgə salmaq istəmirəm. "Qarabağ" kimi komandanın belə qələbəyə ehtiyacı yoxdu. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovdan keçmiş FIFA referisi kimi epizodlara şərh verməsini istəyirik, deyir "oyuna baxmamışam". Hakimlər Komitəsinin sədri "Neftçi" - "Qarabağ" oyununa baxmırsa, daha deyəcək sözümüz yoxdu. "Neftçi"yə qarşı ardıcıl hakim səhvləri edilir. "Xəzər Lənkəran"la oyunda qapımıza yalnış penalti təyin edildi, "Qəbələ" ilə matçda Elvin Əsgərov tez-tez fit çalaraq oyunun tempini aşağı salırdı, bu gün də belə. Bütün bunlara artıq kimsə "dur" deməlidi".
Fanat.az