16:26 08.06.2017 749

İrlandlarla oyun Prosineçki üçün son ola bilər - Menecer danışdı

“Bursaspor”un prezidenti Ali Ayla üz-üzə görüşmədik, lakin telefonla danışdıq. Ciddiyə alınacaq bir məsələ deyil. O, Prosineçkinin hazırkı durumu ilə maraqlandı. Dedim ki, xorvatiyalı mütəxəssis yalnız Şimali İrlandiya ilə oyunu düşünür”.


Bunu “Report”a açıqlamasında futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin meneceri Yaşar Çalışır söyləyib. Türkiyəli agent bildirib ki, öz ölkəsinin mətbuatında xorvatiyalı mütəxəssisin “Bursaspor”la anlaşdığına dair yer alan xəbərlər həqiqəti əks etdirmir. O, müştərisinin müqaviləsinə hörmətlə yanaşdığını deyib: “Bəli, bu klub Prosineçki ilə maraqlanır. Lakin onun Azərbaycan milli komandası ilə müqaviləsi var və buna hörmətlə yanaşır. Həmçinin, bildiyim qədərilə “Bursaspor” baş məşqçi məsələsinə dair başqa variantları gözdən keçirir”.


Y.Çalışır “Robert Prosineçki “Bursaspor”a gedə bilərmi” sualına bu cür cavab verib: “Şimali İrlandiya ilə oyunun nəticəsindən çox şey asılıdır. Azərbaycanın dünya çempionatına vəsiqə şansını itirməsi də mümkündür. Belə olan halda AFFA Prosineçki ilə əməkdaşlığı davam etdirmək istəməsə, “Bursaspor”la danışıqlar apara bilərəm. Danıışıqlar yalnız belə bir şərtlə mümkündür. Yəni, bu məsələdə hər şey AFFA-dan asılıdır. Prosineçki müqaviləsinə sadiqdir”.


Qeyd edək ki, 2018-ci il dünya çempionatının seçmə mərhələsində C qrupunda yer alan Azərbaycan yığması 5 turdan sonra 7 xalla 4-cü pillədə qərarlaşıb. Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv iyunun 10-da qəbul edəcəyi Şimali İrlandiya yığmasına uduzacağı halda, qrupdan çıxmaq şansı ciddi şəkildə azalacaq. Çünki hazırda 2-ci pillədə olan britaniyalıların 10 xalı var.


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

09:00

"Mən Qvardiola və Mourinyu ilə müqayisədə heç kiməm" - Dünya çempionu olan məşqçi

01:06

Zamiq Albaniya çempionu oldu

00:44

İtaliya A Seriyası: "Fiorentina"nı da evə xalsız göndərdilər, "Roma"nı da

00:25

Konfrans Liqasının finalına hakim təyinatları açıqlandı

00:07

Türkiyə Super Liqası: Kardozo het-trik etdi, komandası qazandı

12 May 2025
23:37

Avropa Liqasının finalı almana tapşırıldı

23:09

Rafinyanın "Barselona"dakı aqibəti necə olacaq? - SON DURUM

22:52

Türkiyə klubunda gözlənilməz ayrılıq - Çempion məşqçini istefaya göndərdilər

22:27

Simeone "Napoli"dən ayrılır, İtaliyadan yox

21:50

Ranyerini bu iki mütəxəssisdən birinin əvəzləyəcəyi dəqiqləşdi - ADLAR

21:15

Əvəzedicilər Liqası: Tura 10 qolla yekun vuruldu

20:42

"Qarabağ"ın məşqçisi UEFA-nın kursunda təlimatçı qismində iştirak etdi

20:14

Azərbaycan millisi iki yoxlama oyununa çıxacaq

19:40

Vaqif Cavadovun yerini o tutacaq

19:10

ÇL-in finalını idarə edəcək hakimlərin adları açıqlandı

18:37

Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X