"Xəzər Lənkəran" Premyer Liqanın VII turunda "Qəbələ"nin qonağı olacaq. Fanat.az xəbər verir ki, baş məşqçi Oğuz Çətin səfər oyununda meydana çıxacaq start heyətini açıqlayıb.
Türk mütəxəssis "Araz Naxçıvan" matçı ilə müqayisədə heyətdə 3 dəyişiklik edib. "Neftçi" ilə matçda qırmızı vərəqə aldığı üçün ötən tur oynamayan Tyeqo cəzasını başa vuraraq heyətə dönüb. Onunla yanaşı, keçən həftə sonradan meydana daxil olan Sadio Tounkara və Qalin İvanov da "11-lik"də yer alıb. Əvəzində "Araz Naxçıvan" matçının ilk yarısında zədə alan Alfred Sanko, Qəbələdəki məşqdə zədələnən Əfran İsmayılov və Elnur Abdullayev start heyətinə düşməyib. Elnur ehtiyatda qalıb, Sanko və Əfran "18-liy"ə salınmayıb.
Fanat.az