22:41 10.06.2017 669

Robert Prosineçki: "Mənim getməyimi istəyirsiniz?"

“Çox danışmaq istəmirəm. Futbolda belə hallar olur”. Bu sözlər Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkiyə məxsusdu.

 

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya yığmasını qəbul edən komandamız üstün keçirdiyi oyunun son dəqiqələrində buraxdığı qolla məğlubiyyətə düçar olub – 0:1.

 

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran xorvatiyalı müxəsissis fikrini bu sözlərlə davam etdirib: “Bir komanda oynadı, digəri qələbə qazandı. Yəqin komandadan razı qalarsınız. Uşaqlar baxımlı oyun sərgilədi”.

 

- Meydanda intizamlı, topu ayağında saxlayan komanda gördük. Bu məğlubiyyət futbolçulara psixoloji cəhətdən nə dərəcədə təsir edə bilər?

- İndi millinin oyunçuları tətilə gedirlər. Sonra “Qarabağ” Çempionlar Liqasında, digər klublar Avropa Liqasında yarışacaqlar. Futbolda belə hadisələr olur. Bu gün 70 faiz top bizdə idi. Çox az səhv etdik.

 

- Bu gün sanki “Qarabağ” oynayırdı. Bu sistem gələcəkdə də davam edəcəkmi?

- Mən bura gələndən eyni sistemlə oynayırıq. Yalnız son dəqiqədə səhvə yol verdik və qol buraxdıq. 4 real qol şansımız var idi. Namiqi yıxdılar, hakim təhlükəli mövqedən cərimə zərbəsi vermədi. Mən komandamdan razı qaldım.

 

- Bu gün 10 nəfər vuruşurdu, Kamran Ağayev vaxt “udurdu”. Bu fikirlə razısınız?

- 70-ci dəqiqədən sonra iki qol şansımız yarandı.

 

- 63-cü dəqiqədə komandamız künc zərbəsi qazansa da, Bədavi, Rəşad kimi oyunçular arxada qaldılar. Bu taktika ilə qələbə qazanmaq olardımı?

- Mənim həmin epizod yadımda deyil. Onu deyə bilərəm ki, bu gün güclü Azərbaycan yığmasını izlədik. Şimali İrlandiya güclü komandadı. 10 nəfərlə müdafiə olunsalar da, 4 qol vəziyyəti yaratdıq. Bircə dəfə səhvə yol verdik, qol buraxdıq. Əgər 4 vəziyyətdən ikisini qola çevirə bilsəydik, bu, son illərin ən güclü Azərbaycan yığması olardı. Norveçə qarşı fərqli oynayıb qələbə qazandıq. Ancaq bu gün üstün oynasaq da, məğlub olduq.

 

- Türkiyə mətbuatına inansaq, sabah “Bursaspor”la danışıq aparmaq üçün Türkiyəyə gedəcəksiniz. Bu, doğrudumu?

- Mənim AFFA ilə ilin sonuna qədər müqaviləm var. Bəlkə mənim getməyimi istəyirsiniz?

 

- Meneceriniz dedi ki, “Valensiya”dan təklif gəlsə də, Prosineçki qəbul etmədi. İlin sonuna qədər burda qalacaqsınız?

- Mənim, həqiqətən də, getməyimi istəyirsiniz? Mən AFFA prezidenti, baş katiblə danışmalıyam. Ondan sonra nəsə deyə bilərəm.

 

- Stadiona toplaşan 30 min azarkeşə hansısa sözünüz varmı?

- Hər bir azarkeşin öz fikri var. Mən dəstəyə görə azarkeşlərimizə minnətdarlıq edirəm. Bu gün meydana çıxan futbolçularım canla-başla vuruşdular. Bacardıqlarını meydanda göstərdilər. Bəli, futbolda nəticə çox vacibdi. Amma uşaqlar bu gün əllərindən gələni etdilər.

 

- Riçard Almeydanın simasında axtardığınız oyunçunu tapdınızmı?

- Almeyda artıq 6 ildi Azərbaycandadı. Oyunçuların əksəriyyətini çempionatdan tanıyır. Maksimi, Qaranı, Rəşadı, Bədavini, Namiqi, Əfranı tanıyır. Almeyda o oyunçuları məndən yaxşı tanıyır. Uyğunlaşma prosesində heç bir çətinliyi yoxdu. Bəli, Riçardın simasında axtardığım futbolçunu tapmışam. Həm topla, həm də topsuz çox hərəkət edir. Məncə, o son illərdə Azərbaycanda çıxış edən ən yaxşı legionerlərdən biridi. Onun məşq prosesindəki işinə baxanda fikirləşirsən ki, cənubi amerikalı yox, avropalıdı. Bəzən məşqdəki canfəşanlığını görəndə onun braziliyalı olduğunu unuduram.(apasport.az)


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

Facebookdan bizi izləməyi unutmayın.
X