Deyan Blajevski "Xəzər Lənkəran"ı tərk edəcək. Fanat.az xəbər verir ki, bu barədə Makedoniya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, start heyətinə düşməkdə çətinlik çəkən oyunçu qış fasiləsində komandadan gedəcək. Makedoniyalı futbolçunun karyerasını vətənində davam etdirəcəyi deyilir. Artıq onun yeni klubu da bəllidi. Belə ki, Deyan "Vardar"a keçəcək.
Qeyd edək ki, ötən mövsümün qış fasiləsində "Xəzər Lənkəran"a gələn Blajevski komandanın əsas oyunçularından birinə çevirilsə də, cari mövsümdə cəmi 3 oyuna çıxıb və 117 dəqiqə oynayıb. O, dünən "Qəbələ" ilə keçirilən oyunun 83-cü dəqiqəsində Rəşad Sadiqovu əvəzləyib və bir dəqiqə sonra hesabı bərabərləşdirərək komandasının qəhrəmanına çevirilib.
Fanat.az