“Neftçi” PFK-nın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Albaniyanın “Skenderbeu” klubu ilə keçirəcəyi oyunöncəsi mətbuat konfransı və açıq məşq olacaq. Baş məşqçi Böyükağa Hacıyevin, eləcə də futbolçular – Rəşad Sadiqov və Flavinyonun iştirakı ilə keçiriləcək mətbuat konfransı “Bakcell Arena”da sabah saat 18:30-da, açıq məşqi isə bundan yarım saat sonra, 19:00-da başlanacaq. Rəqib komanda “Skenderbeu”nun mətbuat konfransı həmin gün, eyni məkanda saat 19:30-da, açıq məşqi isə saat 20:00-da keçiriləcək.
İdman24.az