AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın VII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
Komitə "Bakı"nın məşqçisi Rafael Əmirbəyovu cəzalandırıb. Hazırda "Bakı"da məşqçi işləyən millimizin sabiq üzvü "Araz Naxçıvan"la matçın 78-ci dəqiqəsində texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırılması olub. Rafael 1 oyunluq cəzalanırdırılıb, klubu 1000 manat cərimə olunub.
"Neftçi", AZAL, “İnter” və “Qəbələ” 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat cərimələnib.
Fanat.az