Avropa Liqasının qrup mərhələsində "İnter"in qonağı olacaq "Qarabağ" Milanda ilk məşqinə çıxıb. Fanat.az xəbər verir ki, dünən çarter reysi ilə İtaliyaya yollanan komandaya baş məşqçi Qurban Qurbanov bir günlük istirahət vermişdi.
Bu gün isə bir məşq baş tutub. "Qarabağ" Milana iki əskiklə yollanıb. Belə ki, Danilo Dias və Cumbinyo zədə səğəbindən səfərə çıxmayıb. Digər futbolçular isə məşqə qatılıb. Bakı vaxtı ilə sat 15.00-da başlayan hazırlıq prosesi 90 dəqiqə davam edib.
Qeyd edək ki, "Qarabağ" sabah oyun öncəsi son məşqinə çıxacaq. hazırlıq prosesi Bakı vaxtı ilə sat 22.30-da başlayacaq və “Cüzeppe Meatsa”da stadionunda baş tutacaq.
Fanat.az