"Qalatasaray Odebank" basketbol klubunun baş məşqçisi Engin Atamanla yollarını ayırıb. Fanat.Az xəbər verir ki, İstanbul klubu müqaviləsi başa çatan mütəxəssisə yeni anlaşma təklif etməyib.
Bu barədə klub rəsmi açıqlama yayıb. 2012-ci ildən "Qalatasaray"a rəhbərlik edən mütəxəssis komandanı 23 illik fasilədən sonra Türkiyə çempionu edib, 2015/16 mövsümündə "Eurocup"u qazandırıb. Klub Engin Atamana xidmətərinə görə təşəkkür edib.
Engin Ataman isə bu qərar "Twitter" hesabından verdiyi açıqlamalarla reaksiya verib. Sərt ifadələr işlədən mütəxəssis rəhbərliyi səmimi olmamaqda suçlayıb:
"Səmimi olmayan yerlərdə ayrılıqlar qaçınılmaz olur, xəyanət isə çox ağırdır! Tam səmimiyyəti ilə 5 il boyunca dəstək olan hər kəsə təşəkkürlər".
"Bu sabah keçirilən görüşdə lazım olsa, bu mövsüm maaş almadan qala biləcəyimi bildirməyimə rəğmən, Can Topsakal istənmədiyimi bildirdi".
Artıq "Qalatasaray" yeni baş məşqçinin adını açıqlayıb. Klub rəhbərliyi komnadanı Erman Kunterə tapşırıb. Bu barədə klubdan rəsmi açıqlama verilib.
Erman Kunter 196-cı ildə dünyaya gəlib. Basketbolçu karyerası ərzində "Beşiktaş", Eczacıbaşı", "Yenişəhər", "Fənərbaxça" və "Çukurova"nın formasını geyinib. Məşqçi karyerası ərzində isə "Darüşşafaka", "Beşiktaş", "Qalatasaray", "Çolet Basket" (Fransa), "Asvel Villeurbanne" (Fransa), "Le Man" (Fransa) və Türkiyə millisini çalışdırıb. O, Fransa çempionluğunu və kubokunu qazanıb, 2011-ci Fransanın ən yaxşı çempionu olub, Türkiyə Prezident Kubokuna sahib çıxıb.
Fanat.Az