13:30 16.06.2017 907

Davam, yoxsa hamam?

Etibar Cəbrayıloğlu


AFFA-dakı neft və kimya sənayesi üzrə futbol professorlarımız öz əkdiklərini biçməkdədirlər. Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə çox vacib oyun ərəfəsində yığmamızı bir yekə təyyarəyə yığıb Avstriyaya göndərdilər. 7,5 klub arasında keçirilən daxili çempionatı güc-bəla ilə başa vuran seçilmiş futbolçularımız da düşdükləri Avstriya meşələrində azıb qaldılar, səhər-axşam, axşam-səhər bir-birilərinin üzünə baxmaqdan bezib usandılar.


Bakıdakı tamam, yoxsa davam sualına cavab tapmalı olan oyundan öncə yoxlama görüşü keçirməyə sınaqçı-rəqib də tapılmadı. Uca dağ başında, sıx meşənin dərinliyində rəqib komanda nə gəzir? AFFA-dakılar əcnəbi dillərdə çıxan qəzetlərdə, xarici saytlarda elan da verdilər, LALAFO-ya mesaj göndərdilər, amma dişə vurmağa sınaqçı-rəqib tapa bilmədilər. Futboldakı başbilənlərimiz əvvəldən də anons eləmişdilər ki, güclü rəqiblərlə oynamaq istəyirik. Lakin güclü yığmaların heç biri yaxasını bizimkilərin əlinə vermədi, Malta dedi bizdə Yemişan Kollarının Budanması bayramıdı, şənlənirik, Lixtenşteyn xəbər göndərdi ki, yığmadakı futbolçularımızın hamısı üzüm yığımına gediblər. Fil Dişi Adaları e, o da "otkaz" elədi, dedi ki, millidəki futbolçuların hamısını dişi ağrıyır. Türkmənistan da nəsə bəhanə elədi, sözün düzü, bu dar macalda Aşqabaddan gələn cavabı tərcümə edən də olmadı.

Yanıqlı səslə lay-lay oxuyub futbolumuzun anasını kövrəldən AFFA rəhbərliyinin müdrik hərəkəti üzündən təlim-məşq toplanışı uzaq Avstriyada beləsə sərin yelə verildi. Ay insafsızlar, bir yekə mazut çəni pul xərcləyib gəzməyə getmək idisə elə Almeyda başda olmaqla yığma futbolçularımızı aparardınız Parisə, Eyfel qülləsinin yanında doyunca selfi çəkdirərdilər. Ya da göndərəydiniz Los-Ancelesə, Hollivudda şellənərdilər. Gül kimi futbolçularımıza Qətərə gedib qatara minmək imkanı da yaradılmadı. Bu da nəticəsi...


Şimali İrlandiya millisi əlavə olunmuş dəqiqələrdə qapımıza yol tapdı, vacib oyunda qələbə qazanıb getdi və yığmamız üçün alınan ucuz və keyfiyyətli formanın siftəsini də korladı.


Oyun sonrası mətbuat konfransında xorvat baş məşqçimiz Robert Prosineçki əsəbiləşib stəkanı sındırdı, yığmamızda keçirilən "Burax gəlsin-93" meyxanaya yarışmasının qalibi olan futbolçumuz o dəqiqə təzə qafiyə açdı:

Stəkanın qırılsın, çayın yerə tökülsün.


Bizim bağın meyvəsi "Bursaspor"a tökülsün...


Hadisələrin sonrakı gedişi ilə sözün lap düzü heç maraqlanmamışam. Bilmirəm bizim Alımurad, yəni Almeyda da meyxana deyən futbolçulara qoşulub ya yox. Məlum olanı odur ki, təzə formalı futbol yığmamız öz meydanında da Şimali İrlandiyaya məğlub olandan sonra qrupdakı işini xeyli çətinə saldı. Davam məsələsi bu dəfə də alınmadı, qaldı hamam məsələsi. Hamam deyəndə ki, bu dəqiqə düşdüyümüz vəziyyəti doğru-dürüst anlamaq üçün yığma futbolçularımızın soyuq duş qəbul etmələrinə böyük ehtiyac var, qoy çimib bir özlərinə gəlsinlər.


Niyə də yox?!


“Het-trik news” qəzeti

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

Facebookdan bizi izləməyi unutmayın.
X