Bu gün Topaz Premyer Liqasının I turundan təxirə salınmış oyun keçirilib. Fanat.az xəbər verir ki, "Bakı"nın təlim-məşq bazasının stadionunda baş tutan matçda paytaxtın eyniadlı təmsilçisi "Simurq"u qəbul qəbul edib.
Oyunda cəmi bir qol vurulub. Maliyyə böhranında olan və təcrübəsiz gənc futbolçuların ümidinə qalan "Bakı" avrokuboklara vəsiqəyə iddia edən "Simurq"u məğlub edib - 1:0. Matçın yeganə qoluna 35-ci dəqiqədə Nurlan Novruzov imza atıb.
"Simurq" 7 oyunda 9 xal toplayıb və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. "Bakı" isə aktivinə 4 xal yazıb və 9-cu yeri tutur.
Qeyd edək ki, I turun qalan oyunları avqustun 9-10-da keçirilib. "İnter" "Qəbələ"ni 4:0, "Araz Naxçıvan" "Neftçi"ni 3:0 hesabı ilə yenib, AZAL - "Xəzər Lənkəran" matçı 1:1 hesabı ilə başa çatıb. "Qarabağ" "Sumqayıt"ı 3:0 hesabı ilə udsa da, limit pozulduğuna görə texniki məğlubiyyət alıb.
Premyer Liqa
2014/15 mövsümü
I dövrə, I tur
2 oktyabr
Bakı - Simurq 1:0
Qol: Nurlan Novruzov, 35.
Bakı: 1. Aqil Məmmədov, 3. Yure Travner, 6. Vüqar Bəybalayev, 5. Georgios Palagios, 7. Nuran Qurbanov (45. Mahir Mədətov, 77), 8. Lukas Mario Horvat (k), 10. Nurlan Novruzov, 11. Tural Qürbətov (20. Valeh Seyidov, 90), 18. Əziz Quliyev (22. Risto Ristoviç, 84), 19. Elton Hüseynov, 30. Cəmşid Məhərrəmov.
Ehtiyat oyunçular: 12. Elxan Əhmədov, 15. Azad Kərimov, 17. Elmin Əsgərli, 21. Elşad Manafov.
Baş məşqçi: İbrahim Uzunca.
Simurq: 35. Amil Ağacanov, 2. İlkin Qırtımov (k), 3. Adam Banaş, 8. Patrik Osiako (9. Lukas Tresnak, 67), 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 13. Ali Gökdemir (6. Samir Zərgərov, 38), 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot (15. Stepan Polyak, 39), 88. Marko Stanoyeviç.
Ehtiyat oyunçular: 1. Pavel Kapsa, 5. Vadim Abdullayev, 17. Rüstəm Məmmədov, 25. Oruc Balaşlı.
Baş məşqçi: George Çixradze.
Sarı vərəqələr: Georgios Pelagias, 38 (qeyri idman hərəkəti). Vüqar Bəybalayev, 51 (qeyri idman hərəkəti). Nuran Qurbanov, 75 (qeyri idman hərəkəti). Nurlan Novruzov, 76 (qeyri idman hərəkəti). Yure Travner, 88 (qeyri idman hərəkəti) - İlkin Qırtımov, 15 (qeyri idman hərəkəti). İdan Vaytsman, 87 (qeyri idman hərəkəti).
Hakimlər: Fariz Yusifov, Elşən Acalov, Cavanşir Yusifov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Kərim Ağayev.
"Bakı"nın təlim-məşq bazasının stadionu. 200 tamaşaçı.
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | İnter | 7 | 4 | 2 | 1 | 20:4 | 14 |
2 | Sumqayıt | 7 | 4 | 0 | 3 | 10:10 | 12 |
3 | Qarabağ | 6 | 3 | 2 | 1 | 9:6 | 11 |
4 | Qəbələ | 7 | 3 | 2 | 2 | 7:8 | 11 |
5 | Neftçi | 6 | 3 | 1 | 2 | 5:7 | 10 |
6 | Simurq | 7 | 3 | 0 | 4 | 9:8 | 9 |
7 | Xəzər L | 7 | 2 | 2 | 3 | 5:6 | 8 |
8 | AZAL | 6 | 2 | 2 | 2 | 5:8 | 8 |
9 | Bakı | 7 | 2 | 1 | 4 | 6:15 | 7 |
10 | Araz N | 6 | 1 | 0 | 5 | 5:9 | 3 |
Bombardirlər: | Mikel Alvaro (İnter) - 5. Məhəmməd Qurbanov - 4. Rəşad Eyyubov (Simurq), Baçana Tsxadadze (İnter), Cavid Hüseynov (Qəbələ) - 3. |
Fanat.az