Fariz Yusifov Topaz Premyer Liqasının eyni turunda iki oyun idarə edib. Fanat.az xəbər verir ki, bu I turun oyunlarında baş verib.
Belə ki, turun 4 qarşılaşması 9-10-da, biri isə oktyabrın 2-də baş tutub. Avqustun 10-da "Araz Naxçıvan"ın "Neftçi"ni 3:0 hesabı ilə yendiyi matçı idarə edən sabiq FIFA referisi I turdan təxirə salınmış və oktyabrın 2-də baş tutan "Bakı" - "Simurq" matçında (1:0) da iş başında olub.
10 avqust
Araz Naxçıvan Neftçi 3:0
Baş hakim: Fariz Yusifov.
Baş hakimin köməkçiləri: Azər Əsgərov, Vaqif Musayev.
Dördüncü hakim: Ramiz Məhərrəmov.
2 oktyabr
Bakı - Simurq 1:0
Baş hakim: Fariz Yusifov.
Baş hakimin köməkçiləri: Elşən Acalov, Cavanşir Yusifov.
Dördüncü hakim: Ömər Paşayev.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol