Premyer Liqa iştirakçısı “Sumqayıt”da istirahət başa çatır. Fanat.Az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi yeni mövsümün hazırlığına başlayır.
Baş məşqçi Samir Abasov sabah yetirmələrini bir araya gətirəcək. Saat 18.00-da isə Sumqayıt şəhər stadionunda komanda ilk məşqinə çıxacaq. “Sumqayıt” hazırlığın birinci mərhələsində 2 yoxlama oyunu keçirəcək. Plana əsasən, iyulun 2-də və 8-də Premyer Liqanın debütantı “Səbail” sınağa çəkiləcək.
Yoxlama oyunlarının saatı və komandanın ikinci hazırlıq mərhələsinin planı isə hələ bəlli deyil
Fanat.Az