Yayda "Xəzər Lənkəran"ı tərk edən futbolçulardan 9-u legionerlər idi. Onlardan bəziləri özlərinə yeni klub tapsa da, 3-ü hazırda işsiz qalıb. İşsizlərdən Zohair Benuahinin Con Toşakın çalışdırdığı Mərakeşin "Vidad" klubuna keçdiyi deyilsə də, o, ölkə çempionatının 4 turunda meydana çıxmayıb.
"Qəbələ"nin sabiq üzvü Daniel Subotiçlə birlikdə Küveytin "Əl-Qadsiya" klubunda çıxış edən Alvaro Silva komandanın əsas üzvlərindən biridi. İspan müdafiəçi 11 oyunda 990 dəqiqə forma şansı qazanıb.
Nikola Qliqorov vətəninə dönərək "Vardar"ın formasını geyinir. O, 10 oyunda 871 dəqiqə oynasa da, qol hesabını aça bilməyib. Əvəzində transfer son günü "Samsunspor"a transfer olunan Mbilla Etame 4 oyunda sonadək oynayıb və 2 qola imza atıb.
"Xəzər Lənkəran"ı tərk edən Junior Nildo ölkəmizi tərk etmədi və "İnter"lə müqavilə bağladı. Braziliyalı 4 oyunda 272 dəqiqə oynayıb və 2 qol vurub. Georgi Hacinin sahibi və baş məşqçisi olduğu "Vitorul"a keçən Adrian Pit cəmi 2 oyunda oynayıb və 154 dəqiqə meydanda olub. Braziliyanın ABC klubua keçən Deyvid Sakkoni isə 2 matçda 48 dəqiqə forma şansı qazanıb.
Qeyd edək ki, ötən mövsüm "Xəzər Lənkəran"ı tərk edən Mustafa Dənizli heç bir klubda çalışmır. Onun adı "Qalatasaray" və "Xetafe" ilə yanaşı çəkilsə də, hələlik işsizdi.
Futbolçu | Klub (ölkə) | Oyun | Dəqiqə | Qol |
Alvaro Silva | Əl-Qadsiya (Küveyt) | 11 | 990 | 0 |
Nikola Qliqorov | Vardar (Makedoniya) | 10 | 871 | 0 |
Mbilla Etame | Samsunspor(Türkiyə) | 4 | 360 | 2 |
Junior Nildo | İnter (Azərbaycan) | 4 | 272 | 2 |
Adrian Pit | Viitorul (Rumıniya) | 2 | 154 | 0 |
Deyvid Sakkoni | ABC (Braziliya) | 2 | 48 | 0 |
Zohair Benuahi | klubsuz |
Elias | klubsuz |
Vyekoslav Tomiç | klubsuz |
Fanat.az