Premyer Liqada çıxış edəcək “Səbail” yeni mövsümün hazırlığını Türkiyədə davam etdirəcək.
Fanat.Az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi təlim-məşq toplanışı üçün qardaş ölkəyə yollanacaq.
Belə ki, Samir Əliyevin yetirmələri iyulun 10-dan 27-dək Kocaeli şəhərinin Kartepe qəsəbəsində yerləşən 4 ulduzlu "Green Park Kartepe Resort" otelində hazırlıq keçəcək.
Komandanın bu müddətdə 5 yoxlama görüşü keçirməsi nəzərdə tutulub. Sınaqçı rəqiblərin adları hələ dəqiqləşməyib.
Fanat.Az