20:51 29.06.2017 741

"Zirə"dən tarixi qələbə- AVROPA LİQASI

Bu gün Azərbaycan klubları üçün yeni avrokubok mövsümü start götürüb. Fanat.Az xəbər verir ki, ilk olaraq mübarizəyə Avropa Liqasının I təsnifat mərhələsində çıxış edəcək “Zirə” qoşulub.

 

Saat 21:00-dan etibarən azərbaycanlı futbolsevərlərin diqqəti “Dalğa Arena”ya yönəlib. Çempionatda 4-cü yeri tutan və bunun sayəsində Avropa Liqasına yolu açılan “Zirə” avrokuboklarda debüt matçına çıxıb.

 

Əslində, paytaxt təmsilçisi ötən mövsümdə də Avroliqaya vəsiqə qazanmışdı. Amma həmin vaxt klubun fəaliyyət müddəti 3 ili əhatə etmədiyindən, Azərbaycan çempionatının “gümüş”ünü təmin edən komanda avrokuboklara buraxılmamışdı. Bu mənada, bakılılar üçün sabahkı oyun böyük önəm kəsb edirdi.

 

“Zirə” debüt matçındaca azarkeşləri sevindirmək niyyətindəydi. Lüksemburq təmsilçisi - o qədər də güclü olmayan “Differdanj” önündə bu missiyanın yerinə yetiriləcəyi isə real görünürdü.

 

İlk yarıda klubunun Avropadakı ilk qolunun müəllifi kimi adını tarixə yazdıran Qadze hesabı açıbsa, fasilədən sonra da Abbasovun yetirmələri fəal görünüb. 80-ci dəqiqədə baxımlı baş zərbəsiylə hesab arasındakı fərqi artıran Belfort komandasının üstünlüyünü möhkəmlədib. Beləliklə, "qartallar" ilk dueldə qol buraxmadan qələbə qazanaraq məqsədinə çatıb. 

Avropa Liqası

I təsnifat mərhələsi

İlk oyun


29 iyun

 Zirə (Azərbaycan) - Differdanj (Lüksemburq) - 2:0

Qollar: Riçard Qadze, 22. Kervens Belfort, 80.

Hakimlər: Daniyar Saxi, Yuri Tixonyuk, Alibek Aubakirov, Marat İskakov (hamısı Qazaxıstan). 

Hakim-inspektor: İqor Satki (Moldova).

UEFA nümayəndəsi: Cem Cenk (Türkiyə).

Bakı. “Dalğa Arena”.


“Zirə”: 1. Anar Nəzirov, 3. Jozef Bum Li, 7. Orxan Əliyev (6. Rəşad Sadiqov, 46), 8. Milan Dyuriç, 9. David Manqa, 10. Kervens Belford, 11. Viktor İqbokoyi (4. Vüqar Mustafayev, 61), 14. Qabriel Matey, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 43. Riçard Qadze

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 6. Rəşad Sadiqov, 13. Aleksandr Şemonyayev, 39. Sadiq Quliyev, 99. Nicat Qurbanov

Baş məşqçi: Ayxan Abbasov


 

“Differdanj”: 30. Julian Veber, 4. Andre Almeyda Rodrigez, 7. Yannik Bastos, 11. Kotier Karon, 12. David Fluirval, 17. Yordan Yeye, 19. David Vandenbrok, 21. Matias Yaniş, 25. Cofri Franzioni, 27. Duayn Holter, 28. Munir Hamzui

Ehtiyat oyunçular: 1. Patik Vorre, 6. Farid İkene, 9. Nikolas Perez, 15. Culiano Cekson, 20. Jilles Betmer, 23. Canliuka Bey, 34. Çadli Amiri

Baş məşqçi: Paskal Qarzaniqa


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2025
01:07

İspaniya La Liqası: "El klasiko"nu yenə "Barsa"qazandı, "Atletik"ə 1 qol bəs etdi

00:50

İtaliya A Seriyası: "Napoli" büdrədi, "İnter" faydalandı

00:24

Almaniya Bundesliqası: "Əczaçılar" evdə "arılar"a təslim oldular

00:06

İPL: “Çelsi" səfərdə, MY evdə uduzdu, "Liverpul" "Arsenal" ilə heç-heçə etdi

11 May 2025
23:45

Türkiyə Super Liqası: "Beşiktaş" İstanbulda coşdu

23:04

"Aralarında diqqətimi cəlb edənlər var, amma..." - Qurban Qurbanov

22:41

"Qarabağ" bizdən qat-qat üstün və istəkli idi" - Elmar Baxşıyev

22:34

"Zirə"nin əvəzidicilərindən darmadağın, "Neftçi-2" 90+5-də xilas oldu

22:09

Azərbaycan cüdoçuları Avropa Kubokunu 4 medalla başa vurdular

21:58

MPL: "Kəpəz" "Sumqayıt"ı, çempion "Araz-Naxçıvan"ı yendi

21:53

"Ardıcıl dördüncü qələbə..." - Hans-Diter Flik

21:19

"Unutmayaq ki, beş müdafiəçimiz zədəlidir" - Karlo Ançelotti

20:43

Azər Bağırov "Sumqayıt" üzərində qələbəni belə şərh etdi

20:22

Vaqif Cavadovdan rəhbərliyə sərt mesaj: "O zaman mənim işimə qiymət verin"

20:12

"Barselona" ardıcıl 4-cü dəfə "Real"ı yendi - Geridönüş zəfərə rəng qatdı

19:48

Azərbaycan yığması ikinci matçda böyük hesabla uduzdu

19:08

ABL: "Sabah" "Neftçi"yə qalib gəldi

18:51

Mbappe "Barselona"ya 2 qol vurdu, tarixi rekorda imza atdı

18:26

"Lill"in hücumçusu İtaliya klubuna keçir - Danışıqlar başladı

17:41

Bellingem əməliyyat olunacaq

17:26

Almaniyada elitanı tərk edəcək daha bir komanda bəlli oldu

16:54

Ançelottinin Braziliya millisindəki rekord maaşı da bilindi, irəli sürdüyü şərtlər də

16:11

"Sevilya"nın fanatları bazaya hücum çəkdilər

15:46

Azərbaycan parapauerliftinqçisi Dünya Kubokunda 2 qızıl medal qazandı

15:27

"İnter" 2 futbolçusu ilə vidalaşır - ADLAR

14:50

"Peşəkar inkişafıma ən çox kömək edən..." - Lionel Messi açıqladı

14:13

Emil oynadı, komandası səfərdə qazandı

13:44

Vüsaldan assist, komandası pley-offda, Coşqun isə...

13:24

Azərbaycan karateçilərindən dünya çempionatında 4 medal

12:55

"Qarabağ" 10 pillə irəlilədi, "Sabah" 26

12:21

"Barselona" zədəli oyunçularının sıraya döndüyünü açıqladı

11:59

Sörlotun etdiyini indiyədək bacaran olmamışdı - Tarixi rekord

11:26

"Bayern Münhen" Almaniya yığmasının üzvü ilə danışıqlara başladı

10:57

"Real" Fransa millisinin futbolçusunu alır - SON DURUM

10:22

ABL: Bu gün final seriyasında 5-ci oyun keçiriləcək

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

02:24

Liqa 1: PSJ 3 xalı 4 qolla qazandı

10 May 2025
23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

Facebookdan bizi izləməyi unutmayın.
X