"Xəzər Lənkəran" "Bakı" ilə oyundan əvvəl şad xəbər alıb. Fanat.az xəbər verir ki, komandanın yay transferlərindən olan Alfred Sanko sağalıb.
Sierra Leone yığmasının üzvü komanda ilə məşqlərə başlayıb. O, "Bakı" ilə oyunda meydana çıxa biləcək.
Qeyd edək ki, VI turun "Araz Naxçıvan"la oyununda zədəsini sağaldıb start heyətində yer alan Alfred Sanko ilk yarıda yenidən zədə almış və 27-ci dəqiqədə əvəzlənmişdi. Afrikalı futbolçu bu səbəbdən VII turun "Qəbələ" matçını kənardan izləmişdi. Sanko zədə üzündən Sierra Leone yığmasının düşərgəsinə gedə bilməyib.
Fanat.az