"Qarabağ"ın yeni transferi İnnosent Emeqara forma seçimini edib. Fanat.az xəbər verir ki, isveçrəli futbolçu yeni komandasında 8 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, "Qarabağ" Emeqaranı bir neçə gün əvvəl transfer edib. İtaliyanın "Siena" klubundan gələn hücumçunun VIII turda "Qəbələ"yə qarşı oynayıb-oynamayacağı bilinmir.
Fanat.az