Bu gün Azərbaycan Kubokunda 2014/15 mövsümünün püşkü atılıb. Fanat.az xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan mərasimdə 1/16 və 1/8 final mərhələlərində qarşılaşacaq cütlər müəyyənləşib.
İlk mərhələdə cəmi 4 komanda iştirak edəcək və 2 oyun baş tutacaq. Bu cütlərin qalibləri 1/8 finaldakı 14 komandaya qoşulacaq.
"Xəzər Lənkəran" 1/8 finalda "Araz Naxçıvan"ı sınağa çəkəcək. "Qarabağ" "Lokomotiv" - "MOİK", "Neftçi" "Qaradağ Lökbatan" - "Zirə" cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, püşkatmaya 18 klub qatılıb. Bunlardan 10-u Topaz Premyer Liqasını, 8-i I divizionu təmsil edir. Aşağı liqanın 8 klubu isə kubokdan imtina edib: "Turan Tovuz", "Kəpəz", "Şəmkir", "Şuşa", "Bakılı", "Göyəzən", "Energetik", "Mil-Muğan".
1/16 final
22 oktyabr
1. Lokomotiv - MOİK
2. Qaradağ Lökbatan - Zirə
1/8 final
3 dekabr
3. Sumqayıt - Bakı
4. Xəzər Lənkəran - Araz Naxçıvan
5. Simurq - Rəvan
6. AZAL - Neftçala
7. Qarabağ - I cütlüyün qalibi
8. Şahdağ - İnter
9. Qəbələ - Ağsu
10. Neftçi - II cütlüyün qalibi
Fanat.az