"Simurq" bu mövsüm heyətdə yer alan 19 futbolçu ilə yollarını ayırıb. Məşqçilər korpusunun qərarı əsasında müqavilələrinin müddəti başa çatan legionerlərdən Tomislav Buşiçlə, Mario Bojiçlə, Marçin Burxartla, Zdravko Popoviçlə, David Pieterzkeiviçlə, Anderson Olivyerayla, Stepan Polyakla, Dilaver Zrnanoviçlə və yerlilərdən Dmitriy Kramarenkoyla, Qərib İbrahimovla, Rasim Ramaldanovla, Mehman Məmmədovla, Qafar Qafarovla yeni müqavilələr imzalanmayıb. Həmçinin, icarə əsasında ötən mövsüm komandaya qatılan Murad Səttarlı, Nicat Qurbanov, Asif Mirili, Bəxtiyar Soltanov, Rüstəm Abbasov, Eyyub Əliyevdə aid olduqları klublara göndərilib.