“Sumqayıt”ın yarımmüdafiəçisi Məhəmməd Mirzəbəyov Rusiyanın “Anji” klubu ilə yollarını tam ayıraraq Azərbaycan təmsilçisi ilə iki illik müqavilə imzalamasından danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mənim “Anji”də əsas heyətə düşməyim çox çətin idi. Çünki orda yüksək səviyyəli futbolçular çıxış edirlər. Bu, mənim üçün real olmayan bir vəzifə idi. Buna görə də son mövsümdə oynadığım “Sumqayıt”a keçməyə qərar verdi. Burda hər kəslə çox gözəl münasibətim var. Həm də “Sumqayıt” mənə “Anji”dən daha yaxındır. Mənə burda güvənirlər. Ən əsası isə əsas heyətdə oynayıram. Gənc futbolçu olduğumu nəzərə alsaq, bu, mənim üçün çox vacibdi”.
Mirzəbəyov Azərbaycan yığmasında oynamaq şanslarından da danışıb: “Bu, artıq Berti Foqtsun ixtiyarında olan bir məsələdi. Mən Azərbaycan millisində oynamaq istəyimi bildirmişəm. İndi sadəcə buna layiq olduğumu isbatlamaq qalır. Düzdü, hələlik Azərbaycan vətəndaşlığım yoxdu. Amma əgər milliyə dəvət olunsam, bu problemi də yoluna qoymaq olar”.
İdman24.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol