20:59 21.10.2014 786

8-ci turun taktiki mənzərəsi

Yaxşı mübarizə bəs etmədi

“Neftçi”nin “Sumqayıt”la səfər matçından zəfərlə dönməsində qeyri-adi nəsə yoxdu. Bu öncədən proqnozlaşdırılan nəticə idi. Meydana hücumameyilli heyət çıxaran Arif Əsədovun bu dəfə Ruslan Qurbanova “11-lik”də ikinci hücumçu qismində güvənməsi qabardılmalıdı. Yalnız Nikolas Kanales fasilədə oyuna qoşulandan sonra Ruslan sol cinaha çəkildi. Ümumiyyətlə, Arif bəyin istifadə etdiyi ənənəvi  4-5-1-in işə yaradığını söyləməliyik. Lakin meydan sahiblərinin tez-tez  “ağ-qaralar”ın qapısı qarşısında təhlükə yaratdığını da vurğulamalıyıq. Aqil Məmmədovun yetirmələri sözün əsl mənasında, adlı-sanlı rəqibinə qarşı inamla mübarizə apardı. Bir neçə qol vəziyyətini boşa verən “kimyaçılar” belə desək, şərəflə uduzdu.  Hərçənd bakılılar oyunun sonlarında da hesabı qorumaq haqda düşünmürdü. Premyer-liqada qol hesabını açmayan Nikolas sona yaxın qaçırdığı fürsəti hələ çox xatırlayacaq.  Əlbəttə, “gənclik şəhəri” təmsilçisinin gənc çalışdırıcısının ikinci hissədə Təvəkkül Məmmədovu döyüşə atmaqla komandasının oyununu gücləndirdiyini, baş məşqçi olaraq hər şeyi düzgün etdiyini də unutmayaq. Sadəcə, önəmli anlarda futbolçuların ustalıq səviyyəsinin ümidləri doğrultmaması daha artığına imkan vermədi.


Hesabı bir yana qoysaq...

Öz sxeminə sadiq qalan Qurban Qurbanovun müəyyən rotasiyaya əl atdığı dərhal diqqət çəkdi. Başlanğıcda ehtiyatda qalan Reynaldonun 56-cı dəqiqədə Leroy Corcu əvəzləməsi, Hacı Əhmədovun dayaq yarımmüdafiəçisi, Cavid Tağıyevin sol cinah vingeri mövqeyində 90 dəqiqə tər tökməsi faktdı. İnnosent Emeqaranın isə (67-ci dəqiqədə Riçard Almeyda yerini isveçrəliyə buraxdı) debütdəcə komandasına penalti qazandırması azarkeşlərin ürəyincə olmaya bilməz. Doğrudu, hesabı ardıcıl 3-cü çempionat matçında fərqlənən Vüqar Nadirovla açan “köhlən atlar” oyun planında adından söz etdirmədi. Qonaqların yeganə nominal hücumçusu Viktor Mendi meydanda at oynadırdı. Bu oyunda qolla yadda qalmasa belə. Şübhəsiz, Reynaldonun 89-cu dəqiqədə penaltidən vurduğu qolu söhbət mövzusuna çevirmək absurddu. Final fitinə yaxın ikinci dəfə oyuna mərkəzdən başlamaq məcburiyyətində qalan “Qəbələ” nuna qədər fərqlənməliydi ki, evə xalla dönsün. Dorinel Muntyanu durumu dəyişəcək əvəzləməylə yadda qalmadı, vəssalam.


Çixradzedən önəmli gediş

“Qaradaşlar”ın görüşündə qol olmadı. Taktiki savadıyla seçilən Tsxadadze yenə 3 mərkəz müdafiəçisindən istifadə edərək Daşdəmirovla Mirzəbəyovun cinahboyu hərəkət etməsinə şans yaratmışdı. 31-ci dəqiqədə stopper Aleksandr Amisulaşvili zədələnəndə də gürcü sxemə toxunmadı. Onun yerini İvan Benites tutdu. İki dayaq yarımmüdafiəçisindən biri – Meza Kolli həm də oyun qurucusu funksiyasını yerinə yetirir, Coşqun nadir hallarda meydanın mərkəzini keçirdi. Nizami və Mikel isə öndə mövqe tuttan oğul Tsxadadzeni topla təmin etməklə yanaşı, müdafiəçilərin arxasına atılan uzun hava ötürmələrinə vaxtında çıxmağa can atırdı. Amma bakılıların cinah hücumları arzulanan səviyyədə alınmadı. Dörd müdafiəçinin xidmətindən yararlanan Çixradze Rəşad Eyyubovla Samir Zərgərova rəqibin cinah oyunçularıyla fərdi oynamaq tapşırığı vermişdi. Doğrudan da məntiqli qərar idi. Məhz Çixradzenin bu addımı “İnter”in planlarını pozdu. “Ağ-göylər” mərkəzi keçən kimi, Zərgərovla Eyyubov  “İnter”in vingerlərini nəzarətə götürürdü. Bəli, taktiki tapşırıqların öhdəsindən 100 faiz gələn futbolçu yəqin ki, yoxdu. Buraxılan xətalar qarşılıqlı qol imkanlarına yol açırdı. Hərəyə bir neçə fürsət qaçıran “qardaşlar”ın yekunda xalları böldü.


Məşqçi işinin qoxusu gəldi

Hesabda geri düşəndən sonra toparlanıb xal qazanan “Araz Naxçıvan” üçün bunu dönüş nöqtəsi adlandıranları qınamağa dəyməz. İlk turda “Neftçi”nin 2-ci heyətini öz meydanında məğlub edəndən sonra xala həsrət qalan Əsgər Abdullayevin yetirmələri əzmkarlıq göstərdi. Özü dəı komanda hesabda iki dəfə geri düşüb tarazlığı bərpa etməyə özündə güc və ruh tapırsa, deməli, müəyyən irəliləyiş var. 25-ci dəqiqədə Ramal Hüseynovun əvəzinə mücadilə fürsəti yaxalayan Canalidzenin fasilə ərəfəsində qol vurması, “nizənin sivri ucu”nda qərarlaşan Bəxtiyar Soltanovun qol və məhsuldar ötürməylə uğurda böyük pay sahibi olmasından məşqçi işinin qoxusu gəlir. Bu da var ki, AZAL üçün də səfər xalı qazanc sayılmalıdı.


Cəfərov belə davam etsə...

4:0 ! Hesab hər şeyi deyirsə, İbrahim Uzuncanın hansı futbolçunu harda sınadığını geniş şəkildə saf-çürük etmək yersi alınar. “Bakı”nın müdafiə xətti Lənkəran səfərində bərbad göründü.Hərçənd ilk yarım saatda sərgilənən futbola baxanlar darmadağın qeydə alınacağını düşünmürdü. Cari mövsüm ilk dəfə “Xəzər Lənkəran”ın start heyətində meydana çıxan Elnur Cəfərovun yaxşı oyununu isə mütləq dəyərləndirməliyik. Belə davam etsə, U-19-un üzvündən çox şey gözləmək olar. İkinci hissədən 2 forvardla oynamağa başlayan “zolaqlılar”ın “arxa cəbhə”dəki inamsızlığını zədəli Yure Travnerin yoxluğu ilə əlaqələndirmək də olar. Birinci hissədə Cahangir Havıyevi 1 dəfə narahat etməyə imkan tapan paytaxt təmsilçisi fasilədən sonrakı (ilk hissədə 3 qol “yemişdilər”) 20 dəqiqədə daha yaxşı göründü. Oyunun sonlarında isə qonaqlarda ruh düşkünlüyü, inamsızlıq və fiziki yorğunluq sezilirdi.

 

Nihat, "Futbol+" qəzeti

 

 

 

 

 

 

 

 

 

 

 

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X