01:17 22.10.2014 168

Şahin Diniyev: "Futbolçularımız yaxşı yaşamaq istəyir" - VİDEO

Azərbaycan futbolçularının Xorvatiya ilə oyundan biabırçı məğlubiyyətlə qayıtmasından sonra baş məşqçi Berti Fotqsun istefası yığma ilə bağlı söz söhbəti azaltmadı. Özü istefa verən Foqts yığmanın oyunçularını yalnız pula oynamaqda ittiham etdi. Yəni, Berti Foqtsun məntiqinə görə, yalnız Azərbaycan vətəndaşlarından yığılan bu komanda da yalnız pul əsas meyar pul olmamalıdı. Əslində, bu, çox ağır ittiham olsa da, futbolçuların, ümumilikdə komandanın buna reaksiyası adekvat olmayıb. 

Xorvatiya yığmasının Osiyek şəhərində yığmamız üzərində 6:0 hesablı qələbəsindən sonra Azərbaycandakı 7 illik karyerasına istefa verməklə son qoyan Foqts Almaniya mətbuatına bu barədə açıqlama verib. O, jurnalistin Azərbaycandakı yeddi illik fəaliyyətdən nə nəticə çıxardınız sualını belə cavablandırıb: “Bu çox çətin dövr idi. Problem ondadı ki, Azərbaycanda futbolu pula görə oynayırlar. Oradakı futbolçular futbolla yaşamırlar. Onlarla bundan artığına nail ola bilməzdim”.

Hazırda yığmada baş məşqçi vəzifəsini müvəqqəti yerinə yetirən və sabiq baş məşqçi Foqtsla birlikdə işləyən Mahmud Qurbanov isə komanda üzvlərinin yaşıl meydanda sadəcə bacardıqlarını nümayiş etdirdiyini bildirdi. Yəni zəif və ya güclü oyunun təyin edilən mükafatla heç bir əlaqəsi yoxdu. Hər halda baş məşqçinin dediklərindən belə nəticəyə gəlmək olar: "Mən ümumiyyətlə pul söhbəti eləməzdim. Düşünmürəm ki, futbolçularımız, milliyə pula görə gəlsinlər. Hər halda bu millimizin ölkəmizin vətənimizin adıdı. Ona görədə düşünürəm ki, bizim futbolçularımız bacardıqlarını imkanları daxilində olan oyunu göstərirlər”.

AFFA-dan sabiq məşqçinin fikirlərinə şərh verməsələr də etiraf etdilər ki, futbolçulara hər oyun qabağı mükafatlar vəd edilir. Futbolumuz və futbolçularımız dünya səviyyəsində tanınmasa da, onların mükafatlandırılması bütün dünyada olan qaydalar əsasında həyata keçirilir.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlunun sözlərinə görə, özümüz üçün xüsusi bir variant seçmişik ki, bir çox ölkələrdə bu tədbiq olunur: “Futbolçulara qələbə və heç-heçə üçün məbləğ ödənilir. İlkin məbləğ və futbolçu və komanda nəzərdə tutulan və əvvələdən onların qarşısına qoyulan məqsədə nail olarlarsa, məsələn, 2016-cı ildə 3-cü yerdə başa vurarlarsa, həmin məbləğin 50 faizi də mükafat olaraq həmin futbolçulara ödəniləcək”. 

Həmin məbləğin nə qədər olması futbolçunun icazəsi olmadan açıqlanmır. Bu mükafata isə oyuna sponsorluq edən şirkətlərin ayırdığı məbləğ daxil deyil. Bir sözlə, bir-iki oyun oynayıb qələbə qazanan oyunçu arzuladığı məbləği əldə edir və öz arzularını istəklərini yerinə yetirmək üçün çoxdan arzuladığı qapı onun üçün açılır. Elə ekspertlər də bu cür amillərin futbolumuza mənfi təsir göstərdiyini düşünürlər. Yəni tək əldən səs çıxmadığı kimi, bir-iki oyunçuyla da oyun oynayıb sözün yaxşı mənasında səs-küy yaratmaq mümkün deyil.

Yığmanın keçmiş baş məşqçisi Şahin Diniyev deyir ki, bu gün oynamaq istəyən hər futbolçu bir-iki oyunda asanlıqla böyük məbləğdə pul qazanmaq istəyir: “Onlar daha yaxşı yaşamaq istəyirlər. Bu günkü durum budu, yəni sabaha inam heç bir futbolçuda yoxdu ki, o sabah məşqçi olacaq, ya da tanınacaq. Ona görə də futbolçu istəyir ki, bu dövrdən yaxşı yararlanıb qazansın”.

Ümumiyyətlə Azərbaycan idmançılarının əksəriyəti qəribə bir xarakterə malikdi. Bir dəfə yüksək səviyyədə nailiyyət qazanan idmançının sonradan, yəni ikinci dəfə bu uğura imza atması müşkülə çevrilir. Ya qazanılan qələbənin müqabilində əldə olunan qazancın çəkisi baş gicəlləndirir, ya da burda başqa nüanslar var.


ANS TV

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 İyun 2025
10:43

Fransa millisinin sabiq futbolçusu komandasız qaldı

10:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:06

Pirallahıda keçirilən “IronWind”də qaliblər bəlli oldu

09:45

DÇ-2026: Bu gün daha 6 oyun keçiriləcək - YENİLƏNİR

09:23

Azərbaycan millisi Macarıstana qarşı - YENİLƏNİR

09:00

İngiltərə nəhəngi əlcəzairli futbolçu ilə gücləndiyini açıqladı

02:13

"Əl-Hilal" Osimhenin transferindən vaz keçdi - SƏBƏB

00:56

DÇ-2026: İtaliyadan inamlı qələbə, Xorvatiya Çexiyaya divan tutdu

00:09

İbrahimli Avropa çempionatının finalında

09 İyun 2025
23:50

Vinisius Junior 30 milyon avro ucuzlaşdı, Mbappe isə...

23:24

Bolqarıstan nəhəngi məşqçisiz qaldı

22:51

Super Liqa klubu almana tapşırıldı

22:46

"Napoli"nin futbolçusu La Liqa klubu ilə müqavilə bağladı - RƏSMİ

22:20

"Azərbaycan bizimlə oyunda qələbə qazanmaq istəyir" - Marko Rossi

21:56

"Şamaxı"da növbəti ayrılıq

21:18

Azərbaycan birinciliyinə yekun vuruldu

20:55

"Çelsi" 4 futbolçu ilə yolları ayırdığını açıqladı - ADLAR

20:12

"İnter"in yeni baş məşqçisi bilindi

19:47

Totti Qasperinin "Roma"da uğur qazanacağına inanmır - AÇIQLAMA

19:10

"Asiya Futbol Konfederasiyası heç vaxt UEFA qədər pul verməyəcək" - Əli Əliyev

18:51

Yamalın qiyməti fantastik həddə çatdı - Planetin ən bahalısına çevrildi

18:11

Avropa çempionatı: Üç güləşçimiz yarımfinala yüksəldi

17:40

AFFA azarkeşlər üçün nəqliyyat ayırdı

17:03

"Futbolçularımda yüksək motivasiya var" - Santuş Macarıstanla oyundan gözləyir?

16:38

"Əlimizdən gələni edəcəyik ki..." - Bəhlul Mustafazadə

16:13

"İndi oynasaydım, dünyanın ən yaxşı futbolçusu olardım" - Françesko Totti

15:50

Azərbaycan boksçuları Gürcüstanda 7 medal qazandılar

15:33

"Mançester Siti" qapıçısı ilə əməkdaşlığa son qoydu - RƏSMİ

14:50

Polşa millisində qalmaqal: Levandovski düşərgəni tərk etdi

14:10

Fransa millisinin üzvü "Çelsi"də - RƏSMİ

13:39

"Araz-Naxçıvan"da 2 yeni müqavilə - RƏSMİ

13:11

UEFA Millətlər Liqası: Finalın ən yaxşı oyunçusu bilindi

12:45

Ronaldu yeni mövsümə hansı klubda başlayacağını açıqladı

12:16

Azərbaycan badmintonçuları Venesuelada 3 "qızıl" qazandılar

11:13

"Göz yaşları və borcunu yerinə yetirmək hissi" - Ronaldu qələbəni dəyərləndirdi

10:51

"Mənə yalnız üzülmək və evə getmək qalır" - Alvaro Morata

09:40

Ronaldu Messi üçün əlçatmaza çevrilir

09:00

Mourinyu "Fənərbağça"dan ayrılır - Klub prezidenti ilə görüşdü

02:29

Hələ Kriştianu Ronaldu kimisi olmamışdı

01:43

Portuqaliya tarixində ikinci dəfə Millətlər Liqasının qalibi oldu

Facebookdan bizi izləməyi unutmayın.
X