Bu gün Qəbələ şəhərində 19 yaşadək qızlardan ibarət Azərbaycan və Ukrayna yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Saat 18:00-da başlayacaq qarşılaşma www.affatv.az saytında canlı yayımlanacaq.
Xatırladaq ki, bu komandalar arasında iyulun 16-da keçirilmiş oyunda 3:2 hesabı ilə yığmamız qələbə qazanıb.
İdman24.az