Önümüzdəki mövsüm Fransa 1-ci liqasında mübarizə aparacaq "Monaco" klubu "Porto"nun iki ulduz futbolçusunu heyətinə qatdı.
Klub ilk addımını Joao Moutinho və Ceyms Rodriguezi transfer edərək atdı. Hər iki oyunçu ilə də 5 illik müqavilə imzalanıb.
Moutinho üçün 25, Rodriguez üçünsə 45 milyon avro olmaq üzrə cəmi 70 milyon avro ödəniləcəyi bildirilir.